Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

18.05.2016 09:29
  • A-
  • A
  • A+

Portuqaliyalı mütəxəssislər Arxeologiya və Etnoqrafiya İnstitutunun artefaktlar sərgisi ilə tanış olublar

Portuqaliyalı mütəxəssislər Arxeologiya və Etnoqrafiya İnstitutunun artefaktlar sərgisi ilə tanış olublar

Portuqaliyanın muzey işi üzrə bir qrup mütəxəssisi mayın 17-də İçərişəhərdə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Ekspozisiya şöbəsində olub.

40 nəfərdən ibarət nümayəndə heyəti ölkəmizə Beynəlxalq Muzeylər Şurasının (ICOM) Azərbaycan Milli Komitəsinin xətti ilə gəlib.

Nümayəndə heyətini Azərbaycan Milli Komitəsinin sədri, professor Röya Tağıyeva salamlayıb. “İçərişəhər” Tarix Muzeyi ilə birgə təşkil edilmiş tədbir çərçivəsində Portuqaliya nümayəndə heyətinin üzvləri AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Ekspozisiya şöbəsindəki arxeoloji artefaktlar sərgisi ilə tanış olublar.

Qonaqlar Arxeologiya və Etnoqrafiya İnstitutu və Azərbaycan Arxeoloqlar Cəmiyyətinin əməkdaşlarının birgə hazırladıqları qısametrajlı filmin elektron təqdimatına baxıblar.

Film tamaşaçıları nadir arxeoloji abidələr, ekspedisiyalar və Azərbaycan ərazisində aşkar edilən artefaktlarla tanış edir. Sonra qonaqlara son dövrdə Azərbaycanda aparılan arxeoloji tədqiqatlar barədə məlumat verilib.

Portuqaliya nümayəndə heyətinin başçısı, ICOM-un Avropa bölməsinin vitse-prezidenti, Lissabondakı Arxeologiya Muzeylərinin Dostları Qrupunun prezidenti Luis Raposo Portuqaliya Muzeyləri Şurasının fəaliyyətindən danışıb.

Görüşdə Portuqaliyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mariya Joao Lopes-Kardoso iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: