Sentyabrın 10-da “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində “Yaşıl zəkalar: iqlim dəyişmələrindən sosial-iqtisadi proseslərədək” mövzusunda tədbir işə başlayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə keçirilən tədbir iqlim dəyişikliklərinin təsirinə qarşı mübarizədə elmin, innovasiyaların və süni intellektin rolunun müzakirəsinə həsr edilib.
Tədbirdə alim və mütəxəssislərin iştirakı ilə iqlim dözümlülüyü, biomüxtəlifliyin qorunması, yaşıl texnologiyalar və ekoloji fəlsəfə məsələləri müzakirə olunur.