Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.09.2026 14:28
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Elmi şurasının iclası keçirilib

Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Elmi şurasının iclası keçirilib

AMEA Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Elmi şurasının iclası keçirilib.

İclası İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev açaraq iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib. Konfranslara hazırlıq haqqında danışan direktor dövlət başçısının görkəmli xalçaçı rəssam Lətif Kərimovun 120 illiyi və tanınmış dövlət, elm xadimi Əziz Əliyevin 130 illik yubileyləri haqqında imzaladığı Sərəncamların əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq, sentyabr ayı ərzində İnstitut tərəfindən Lətif Kərimovun 120 illiyinə həsr edilən elmi konfrans keçiriləcək.

Çıxışında rəqəmsallaşma dövründə elmi fəaliyyətin qarşısında duran müasir tələblərə toxunan professor Əbülfəz Quliyev rəqəmsallaşma prosesinin dövlət səviyyəsində dəstəkləndiyini və metodoloji yeniliklərin elmi-tədqiqat prosesinə inteqrasiyasının vacibliyini vurğulayıb.

İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov kitab proqnozunun vəziyyəti haqqında məlumat verib. İnstitut əməkdaşlarının cari ildə nəşrə hazırladığı monoqrafiyaların, tədqiqat əsərlərinin və konfrans materiallarının yekunlaşdırılma mərhələsində olduğunu diqqətə çatdırıb.

 İclasda institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl beynəlxalq bazalarda elmi əsərlərə verilən istinadların vəziyyəti, “Elmi əsərlər” və “Axtarışlar” jurnalının növbəti sayına məqalələrin hazırlanması  və cari məsələlər barədə çıxış edib. Qeyd edilib ki, müasir mərhələdə elmi işçilərin fəaliyyətinin qiymətləndirilməsi mexanizmində bal sistemi tətbiq olunur. Bu sistemdə əməkdaşların “Scopus”, “Web of Science” və “Google Scholar” kimi beynəlxalq elmmetrik bazalardakı məqalələri, onlara verilən istinadlar keyfiyyət və məhsuldarlıq göstəricisi kimi həlledici rol oynayır və elmi işçilərin fərdi akademik göstəricilərini formalaşdıran əsas amillərdəndir.

İclasda elmi işçilərin fəaliyyəti, laborantlarla işin təşkili, dərs qrafiklərinin vəziyyəti, nizam-intizam haqqında məsələlər müzakirə olunub.

Sonda institutun Təsviri və dekorativ- tətbiqi sənətlər şöbəsinin kiçik elmi işçisi Şəmsiyyə Zalovanın “Naxçıvan mənzərələri İ.P.Şeblıkinin rəsm əsərlərində” mövzusunda elmi seminarı dinlənilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.           

  • Paylaş: