Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

11.09.2026 12:09
  • A-
  • A
  • A+

Macarıstanın Seqed Universitetinin professoru Şandor Papp MEK-də olub

Macarıstanın Seqed Universitetinin professoru Şandor Papp MEK-də olub

Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə keçirilən XIV Beynəlxalq Altay Topluluqları Simpoziumunda iştirak etmək məqsədilə Bakıda səfərdə olan Macarıstanın Seqed Universitetinin professoru, Altayşünaslıq kafedrasının və Orta əsrlər və erkən yeni dövr macar tarixi kafedrasının müdiri Şandor Papp AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olub.

Qonaq MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynovla görüşüb.

Görüş zamanı MEK rəhbəri Azərbaycan və Macarıstan kitabxana və elmi qurumları arasında uzun illərə dayanan səmərəli əməkdaşlıq əlaqələrindən söz açıb. Direktor dünya şöhrətli türkoloq alim, Macarıstan Elmlər Akademiyasının həqiqi üzvü Georg Xəzainin şəxsi kitab kolleksiyasının vaxtilə MEK-ə hədiyyə edildiyini diqqətə çatdırıb. Bildirilib ki, hazırda kolleksiya kitabxananın fondunda xüsusi şəraitdə mühafizə olunur.

Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə Bakıda keçirilən XIV Beynəlxalq Altay Topluluqları Simpoziumunda iştirakından bəhs edən Şandor Papp Mərkəzi Elmi Kitabxanada tədqiqatçılar üçün yaradılmış şəraitin yüksək səviyyədə olduğunu vurğulayıb.

Görüşün sonunda qonağa Azərbaycan tarixinin öyrənilməsi baxımından qiymətli ilkin mənbələrdən biri hesab olunan, Azərbaycan-türkman tayfasının nümayəndəsi, Səfəvi tarixçisi İsgəndər bəy Münşinin qələmə aldığı “Dünyanı bəzəyən Abbasın tarixi” adlı kitab hədiyyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: