Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

RSXM əməkdaşları Avropa Seysmoloji Komissiyasının Baş Assambleyasının iclasında iştirak ediblər
12.09.2026 14:05
  • A-
  • A
  • A+

RSXM əməkdaşları Avropa Seysmoloji Komissiyasının Baş Assambleyasının iclasında iştirak ediblər

 

Avropa Seysmoloji Komissiyasının (ESC) 40-cı Baş Assambleyası çərçivəsində Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) Baş Assambleyasının iclası keçirilib.

EMSC-nin Baş Assambleyası çərçivəsində zəlzələlərin operativ monitorinqi, seysmoloji məlumatların mübadiləsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, zəlzələ parametrlərinin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi və EMSC-nin gələcək fəaliyyət istiqamətləri ilə bağlı məsələlər müzakirə edilib. EMSC Baş Assambleyasının ESC-nin Baş Assambleyası çərçivəsində keçirilməsi Avropa və Aralıq dənizi regionlarının seysmoloji icmaları arasında elmi və institusional əməkdaşlığın inkişafına mühüm töhfə verir.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzini Zəlzələlərin tədqiqatı bürosunun rəisi yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova və Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova iclasda onlayn şəkildə Zoom platforması üzərindən qoşularaq iştirak ediblər.

İclasda iştirak Avropa seysmologiyasının müasir inkişaf istiqamətləri, seysmikliyin monitorinqinə yeni yanaşmalar, operativ seysmoloji məlumatların beynəlxalq mübadiləsi və seysmoloji təşkilatlar arasında gələcək elmi əməkdaşlığın perspektivləri ilə tanış olmaq imkanı yaradıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: