AMEA Nəsimi adına Dilçilik İnstitutunun Onomastika şöbəsində “Qərbi Azərbaycan toponimləri lüğəti”nin II cildi işıq üzü görüb.
Kitabın elmi redaktorları filologiya elmləri doktoru, professor Nadir Məmmədli, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov, ön sözün müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov, rəyçilər: filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli, filologiya elmləri doktoru, professor İbrahim Bayramov və filologiya elmləri doktoru İlhami Cəfərsoydur.
Respublika ictimaiyyətinə təqdim olunan sözügedən nəşr dördcildlik “Qərbi Azərbaycan toponimləri lüğəti”nin II cildidir. Bu cilddə Qərbi Azərbaycan torpaqlarının qədim Qafan, Paşalı, Çəmbərək, İrəvan, Uluxanlı, Sarıtorpaq, Meğri, Vedi, Keşkənd (Keşişkənd) əraziləri əhatə olunmuşdur. Gələcək cildlər Qərbi Azərbaycanın başqa regionlarını da əhatə edəcəkdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.