Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

23.09.2026 11:42
  • A-
  • A
  • A+

Bolqarıstanın nüfuzlu jurnalında Nizami Gəncəvi haqqında geniş məqalə dərc olunub

Bolqarıstanın nüfuzlu jurnalında Nizami Gəncəvi haqqında geniş məqalə dərc olunub

Bolqarıstanda nəşr edilən “Akord” jurnalında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunmuş “Dünya vətəndaşı Nizami Gəncəvi” adlı məqaləsi dərc edilib.

Məqalədə Nizami Gəncəvinin dünya ədəbiyyatındakı mövqeyindən, onu bəşəriyyətin böyük şairinə çevirən yaradıcılıq irsindən bəhs olunur. Müəllif şairin əsərlərinin mahiyyətini təşkil edən ümumbəşəri ideyaları, humanizmi və yüksək mənəvi dəyərləri ətraflı təhlil edir.

Nəşrdə, eyni zamanda, dahi şairin Vətəninə, xalqına sarsılmaz bağlılığı və doğma Gəncə şəhərinə bəslədiyi dərin sevgi xüsusi vurğulanır. Qeyd olunur ki, Nizami ömrü boyu Gəncədən ayrılmasa da, ideya və fikirləri ilə sərhədləri aşaraq dünya mədəniyyətinə misilsiz töhfələr verib.

Qeyd edək ki, bu məqalə bolqar oxucularına Azərbaycanın dahi şairinin həyatı, zəngin yaradıcılığı və bəşəri idealları haqqında dolğun məlumat almaq imkanı yaradır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: