AMEA Nəsimi adına Dilçilik institutunun Elmi şurasının qərarı ilə “Teodor Menzel “I Bakı Türkoloji konqresi. 26 fevral-6 mart 1926-cı il” kitabı çap olunub.
Layihənin ideya rəhbəri akademik İsa Həbibbəyli, tərcüməçilər professor Nadir Məmmədli və dosent Sədaqət Cumayeva, nəşriyyat redaktoru Könül Mirzəyevadır.
Kitab orijinal nüsxədən birbaşa tərcümə edilib. Menzelin qeydləri bir sıra mühüm məlumatları ehtiva etməsi baxımından xüsusi əhəmiyyət daşıyır. T.Menzel ilk dəfə olaraq Qurultayın təşkilati prinsipləri, onun vahid platforma şəklində keçirilməsi, fəaliyyətin müxtəlif komissiyalar vasitərilə əlaqələndirilməsi , eləcə də Sovet dövlət idarəetmə sisteminin tərkib hissəsi olan ideoloji dil siyasətinin qurultayın işinə təsiri barədə diqqətəlayiq müşahidələrini qələmə almışdır.
Qeydlər Qurultayın fəaliyyətinə, gündəliyinə və gedişatına həsr olunmuşdur. Bir əsr öncə keçirilmiş bu Qurultayın mühüm hadisələri, xatirələri,
müşahidələri elmi və tarixi baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu səbəbdən əsərin tərcümə edilərək Azərbaycan oxucusuna təqdim olunmasını vacib hesab etdik.
Ümid edirik ki, bu qeydlərin nəşr edilməsi türk xalqlarının ortaq tarixi yaddaşının öyrənilməsinə xidmət edən uzunmüddətli elmi əməkdaşlığın başlanğıcı olacaqdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.