Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

24.09.2026 11:06
  • A-
  • A
  • A+

Beynəlxalq “İrs. Наследие. Heritage” jurnalında akademik Rafael Hüseynovun böyük Azərbaycan şairi Xaqani Şirvaniyə həsr olunmuş məqaləsi dərc olunub

Beynəlxalq “İrs. Наследие. Heritage” jurnalında akademik Rafael Hüseynovun böyük Azərbaycan şairi Xaqani Şirvaniyə həsr olunmuş məqaləsi dərc olunub

Beynəlxalq “İrs. Наследие. Heritage” jurnalının yeni sayında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun böyük Azərbaycan şairi Xaqani Şirvaniyə həsr olunmuş “Хаган Слова” adlı məqaləsi dərc olunub.

Məqalədə Xaqani Şirvaninin mürəkkəb və keşməkeşli həyat yolu, zəngin yaradıcılıq irsi və Azərbaycan ədəbiyyatındakı mövqeyi ətraflı nəzərdən keçirilir. Akademik Rafael Hüseynov şairin poetik dünyasının özünəməxsus xüsusiyyətlərinə diqqət çəkərək, Xaqaninin söz sənətində yaratdığı ədəbi ənənələr və onun yaradıcılığının sonrakı nəsillərə təsirindən bəhs edir.

Məqalədə Xaqaninin yaradıcılığından bəhs edilərkən onun öz dövrünün görkəmli söz ustadları sırasında xüsusi mövqeyə malik olduğu vurğulanır. Nəşrdə Xaqani Şirvaninin poeziyasının fəlsəfi məzmunu, poetik dili və söz sənətindəki bənzərsiz üslubu ön plana çəkilir.

Qeyd edək ki, dərginin busayında təqdim olunan material Azərbaycan ədəbiyyatının klassik irsinin beynəlxalq auditoriyaya tanıdılması baxımından diqqət çəkir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: