Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti nömrəsi işıq üzü görüb
25.09.2026 12:10
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti nömrəsi işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin sentyabr ayında sonuncu nömrəsi çapdan çıxıb.

Qəzetin ön səhifəsində “Qarabağ və Şərqi Zəngəzurun yeraltı sərvətləri dövlətin sənaye gücünə çevrilir” başlıqlı icmal yer alıb.

Nəşrin səhifələrində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin iştirakı ilə “AMEA-da keçirilən islahatlar elmi fəaliyyətin strukturunda və məzmununda keyfiyyət dəyişiklikləri yaradıb” sərlövhəli Rəyasət Heyətinin iclasına, “Azərbaycanın Qarabağ ərazisində Alban abidələri: tarixi reallıq və erməni saxtakarlığı” mövzusunda elmi konfransa, “Cənubi Qafqazın yeni geosiyasi reallıqları və Azərbaycanın regional enerji strategiyası” mövzusunda beynəlxalq elmi konfransa və Çin Sosial Elmlər Akademiyasının nümayəndə heyəti ilə görüşə dair yazılar təqdim olunub.

Bu sayda Akademiya əməkdaşlarının Gəncəsər monastırı ilə bağlı Ermənistanda yaradılan qalmaqala dair bəyanatı, Cavad Cavadlının 100 illiyi münasibətilə nəşr olunmuş kitabın təqdimatı, eləcə də AMEA-nın humanitar və ictimai elmlər bölmələrinin elmi şuralarının iclasları haqqında informasiyalar verilib.

Bundan əlavə, nəşrdə “Türk dünyasının qüruru” və “Dövlət və xalqın vəhdəti: 27 Sentyabr” başlıqlı məqalələr, eləcə də Akademiyanın ictimai həyatını əks etdirən xəbərlər təqdim olunub.

Qəzetin rus və ingilis dili bölmələrində AMEA-da ötən həftə keçirilən mühüm tədbirləri əks etdirən icmal və xəbərlər dərc edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: