Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Qaradağ və Qobustan rayonlarının sərhədində yerləşən palçıq vulkanında püskürmə qeydə alınıb
26.09.2026 13:00
  • A-
  • A
  • A+

Qaradağ və Qobustan rayonlarının sərhədində yerləşən palçıq vulkanında püskürmə qeydə alınıb

26 sentyabr 2026-cı il tarixində  Qaradağ və Qobustan rayonlarının sərhədində yerləşən palçıq vulkanında püskürmə qeydə alınıb. Püskürmə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəqəmsal seysmik stansiyaları tərəfindən qeydə alınıb.

Püskürmə yerli vaxtla saat 07:32-də, bir faza ilə xarakterizə olunub və 10 dəqiqə davam edib. Püskürmə zamanı alov sütunu müşahidə olunub. Baş vermiş proses 8 seysmik stansiyada qeydə alınıb.

Püskürmə ocağının dərinliyi 4 km təşkil edib. Püskürmə zamanı ayrılan enerjinin miqdarı 6,50 × 10^6 coul olaraq qiymətləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: