Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

25.09.2026 17:15
  • A-
  • A
  • A+

Molekulyar Biologiya İnstitutunun kollektivi 27 Sentyabr - Anım Günü ilə bağlı İkinci Şəhidlər Xiyabanını zıyarət edib

Molekulyar Biologiya İnstitutunun kollektivi 27 Sentyabr - Anım Günü ilə bağlı İkinci Şəhidlər Xiyabanını zıyarət edib

Sentyabrın 25-də AR Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya İnstitutunun kollektivi 27 Sentyabr - Anım Günü ilə bağlı İkinci Şəhidlər Xiyabanını zıyarət edib.

Molekulyar Biologiya İnstitutunun direktoru v.i.e. akademik İradə Hüseynovanın rəhbərliyi ilə institutun əməkdaşları ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmancasına döyüşərək canlarından keçmiş əsgər və zabitlərimizin əziz xatirəsini dərin ehtiramla anıb, məzarları üzərinə gül dəstələri düzüblər.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.

Şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: