Ədəbiyyat üzrə 2026-cı il Nobel mükafatı 76 yaşlı kanadalı yazıçı Enn Karsona verilib. Bu barədə İsveç Akademiyası məlumat yayıb.
Yazıçı bu mükafata “klassik ənənə ilə oynaq dialoqda müasir ədəbiyyat üçün yeni formalar yaratmış cəsarətli və novator yaradıcılığına görə” layiq görülüb.
İsveç Akademiyasının daimi katibi İnqrid Karlberqin sözlərinə görə, o, laureatın adının açıqlanmasına bir neçə dəqiqə qalmış Karson ilə əlaqə saxlayıb. Hazırda İslandiyada olan yazıçı bu xəbəri böyük sevinclə qarşılayıb.
Karson son günlər bukmeykerlərin reytinqlərində yüksək mövqelərə malik olub və mükafata əsas namizədlər sırasına daxil idi. O, yaradıcılıq karyerasında bir sıra prestijli mükafatlara layiq görülüb. Yazıçının 1998-ci ildə çapdan çıxan “Qırmızının avtobioqrafiyası” kitabı ona geniş şöhrət qazandırıb.