“Məktəblərdə vahid forma tətbiqi tədris müəssisələrində daxili nizam-intizamın tərkib hissələrindən biri kimi qiymətləndirilməlidir”.
Bunu açıqlamasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı deyib.
Onun sözlərinə görə, məktəblinin hər hansı açıq-saçıq, yaxud simvol xarakteri daşıyan geyim elementlərindən istifadəsi qəbul edilmir:
"Şagirdin geyim tərzi valideynin sosial imkanlarını, yaxud dünyagörüşünü nümayiş etdirməməlidir. O təhsildə ancaq zəkası və fərdi bacarıqları ilə fərqlənməlidir", - Aygün Bağırlı qeyd edib.