Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

15.10.2026 15:52
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunun əməkdaşları Qırğızıstanda keçirilən beynəlxalq tədbirdə çıxış ediblər

Dilçilik İnstitutunun əməkdaşları Qırğızıstanda keçirilən beynəlxalq tədbirdə çıxış ediblər

Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilmiş “III Türk Dünyasında Azərbaycan Dili və Ədəbiyyatı Araşdırmaları” adlı beynəlxalq elmi simpoziumda AMEA-nın Dilçilik İnstitutunun əməkdaşları fil.e.d. Qətibə və fil.e.d. Şəbnəm Həsənli-Qəribova iştirak ediblər.

Konfrans Yusif Balasaqunlu adına Qırğız Milli Universitetinin və I Bakı Türkoloji Qurultayının 100-cü ildönümünə həsr olunub.

Simpoziumun açılış mərasimində Yusif Balasaqunlu adına Qırğız Milli Universitetinin rektoru, professor Doqdurbek Çontoyev, TÜRKSOY-un Azərbaycan üzrə nümayəndəsi Vüqar Məmmədov, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Hamlet İsaxanlı çıxış ediblər.

Tədbirdə filologiya elmləri doktoru, dosent Qətibə Quliyeva “Qədim türkcədə qohumluq terminlərinin müasir Azərbaycan və qırğız dillərində leksik-semantik təzahürləri”, filologiya elmləri doktoru, dosent Şəbnəm Həsənli-Qəribova “Azərbaycan dilində terminoloji tədqiqatlar və çağdaş türk dilləri ilə ortaqlaşma meyilləri” adlı məruzələrlə onlayn formatda çıxış ediblər. Simpoziumda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Bədirxan Əhmədov, Xəzər”i Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Milana Abbasova, Dillər və ədəbiyyatlar departamentinin müdiri Dilbər Zeynalova, professor və dosent Ülvi Babasoy Bakı Avrasiya Universitetinin təmsil ediblər.

Elmi simpoziumda Qırğızıstanlı alimlərlə bərabər Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Fransa və başqa ölkələrdən tədqiqatçılar iştirak ediblər. Simpozium çərçivəsində Azərbaycan dilinin tədqiqinin aktual məsələləri, Azərbaycan dili və Azərbaycan ədəbiyyatı ilə türk xalqlarının dil və ədəbi əlaqələri, türk xalqlarının ortaq ədəbi irsi və Azərbaycan dili və ədəbiyyatının xarici ölkələrdə tədrisi məsələləri müzakirə olunub.

Yekunda türkologiya sahəsində beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, ortaq tədqiqat layihələrinin həyata keçirilməsi, gənc alimlərin dəstəklənməsi, eləcə də türk xalqlarının dil, ədəbiyyat və mədəni irsinin birgə öyrənilməsinə dair qərar qəbul edilib. Simpozium Azərbaycan dili və ədəbiyyatının beynəlxalq səviyyədə tədqiqinin təşviqi, elmi əlaqələrin möhkəmləndirilməsi və türk dünyasında akademik əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: