Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Gəncə-Daşkəsən iqtisadi rayonunun iqtisadi-coğrafi xüsusiyyətləri araşdırılır
27.10.2026 16:32
  • A-
  • A
  • A+

Gəncə-Daşkəsən iqtisadi rayonunun iqtisadi-coğrafi xüsusiyyətləri araşdırılır

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda Gəncə-Daşkəsən iqtisadi rayonunun resurs potensialının, təsərrüfat sahələrinin ərazi üzrə ixtisaslaşmasının və məkan təşkilinin, eləcə də dayanıqlı inkişaf perspektivlərinin elmi əsaslarla qiymətləndirilməsi məqsədilə kompleks məlumat bazasının yaradılması nəzərdə tutulur.

Bu barədə açıqlamasında Geosiyasət və iqtisadi coğrafiya laboratoriyasının müdiri coğrafiya elmləri doktoru Nəriman Paşayev məlumat verib. O bildirib ki, ekspedisiya çərçivəsində Daşkəsən, Samux və Göygöl rayonlarında sahə tədqiqatları aparılıb. Regionun iqtisadi-coğrafi potensialının kompleks öyrənilməsi məqsədilə müşahidələr həyata keçirilib, aidiyyəti qurumların nümayəndələri və sənaye müəssisələri ilə elmi görüşlər təşkil olunub.

Tədqiqat zamanı təsərrüfat obyektlərinin mövcud vəziyyəti, istismar səviyyəsi və inkişaf potensialı barədə elmi-faktiki məlumatlar toplanıb.

AzərTac

  • Paylaş: