Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında milli musiqi elminin inkişafına töhfələr verən alim, Əməkdar İncəsənət xadimi, bəstəkar, pedaqoq, fəlsəfə üzrə elmlər doktoru, professor Gülnaz Abdullazadənin 80 illik yubileyi ərəfəsində “Musiqişünaslığın aktual problemləri: ənənə və müasirlik” mövzusunda konfrans keçirilmişdir. G.Abdullazadənin bəstəkarlıq fəaliyyətinə həsr edilmiş plenar iclas və əsərlərindən ibarət konsert proqramı təqdim edilmişdir. Tədbirdə Musiqi Akademiyasının rektoru, Azərbaycanın və SSRİ-nin xalq artisti, professor Fərhad Bədəlbəyli, tədris işləri üzrə prorektoru, əməkdar müəllim, ped.üz.fəlsəfə doktoru, professor Nərminə Quliyeva, eləcə də Elm və innovasiya məsələləri üzrə prorektoru, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, Elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadənın çıxışları dinlənilmişdir. Konfrans öz işini iki gün davam etdirmişdir.
Konfransda AMEA Memarlıq və İncəsənət İnstitutunun əməkdaşları, “Musiqi folkloru” şöbəsinin rəhbəri, sənətşünaslıq doktoru, professor İradə Köçərli, böyük elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şəmsə Gülməmmədova və böyük elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Kəmalə Bəşirova iştirak etmişlər. Konfransın ikinci günündə K.Bəşirovanın “Aşıq-baxşı- hayçı sənəti - paralellər və regional özünəməxsusluq (türk xalqlarının ortaq mədəni irsi müstəvisində)” mövzusunda məruzəsi dinlənilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.