AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev dahi Azərbaycan şairi Nizami Gəncəvinin 885 illiyinə həsr olunmuş “Azərbaycan və dünya Nizamişünaslığının aktual problemləri” mövzusunda II Beynəlxalq elmi konfransda iştirak edib.
“Nizami Gəncəvinin məsnəvisinin Osmanlı türkcəsinə ilk tərcüməsi: Şeyxinin “Xosrov və Şirin” əsəri” mövzusunda çıxış edən professor qeyd edib ki, böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması əsasında Osmanlı türk ədəbiyyatında meydan çıxan ilk əsər XIV-XV əsrlərdə yaşamış Şeyxinin “Xosrov və Şirin” məsnəvisidir. O, bu məsnəvini Osmanlı sultanı II Murada həsr edib. Təzkirəçi Lətifinin fikrincə, bu əsər türk dilində yazılan “Xosrov və Şirin”lərin ən gözəlidir. Şeyxi Nizami poemasını yaradıcı şəkildə, özündən əlavələr edərək çevirdiyinə görə bu əsər orijinal təsir bağışlayır.
Professor Əbülfəz Quliyev konfransda iştirakına görə sertifikatla təltif edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.