Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Əlyazmalar İnstitutunun alimi Qırğızıstanda keçirilmiş beynəlxalq simpoziumda məruzə edib
05.11.2026 15:43
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun alimi Qırğızıstanda keçirilmiş beynəlxalq simpoziumda məruzə edib

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d. Aytən Quliyeva Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilmiş “VI Beynəlxalq Türk Dünyası Kommunikasiya və Sənət Simpoziumu”nda onlayn qaydada iştirak edib.

Qırğızıstan-Türkiyə Manas Universitetinin ev sahibliyi etdiyi, “Türk Dünyası Mədəniyyət Körpüsü” mövzusuna həsr olunmuş simpoziumda əməkdaşımız “Arxiv sənədlərində memarlıq və incəsənət” mövzusunda məruzəsini təqdim edib. Məruzə simpozium iştirakçıları tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında müzakirələr aparılaraq verilən suallar cavablandırılıb.

Simpozium çərçivəsində həmçinin süni intellekt, dezinformasiya, rəqəmsal media, kino, mədəniyyət və ortaq kommunikasiya layihələri kimi bir çox aktual mövzular da müzakirə olunub.

Sonda A.Quliyeva maraqlı və dolğun çıxışına görə təşkilatçı qurumların sertifikatına layiq görülüb.

Qeyd edək ki, Beynəlxalq simpozium Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Qırğızıstan-Türkiyə Manas Universiteti, Niğde Ömer Halisdemir Universiteti, Türk Dünyası Jurnalistlər Federasiyası, Qırğızıstan Jurnalistlər Birliyi, TÜRKSOY, TİKA (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) və Bakı Dövlət Universiteti kimi qurumların birgə əməkdaşlığı və koordinasiyası ilə təşkil olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: