Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Əzim Əzimzadə arxivinin təsviri” kitabı işıq üzü görüb
18.11.2026 12:16
  • A-
  • A
  • A+

“Əzim Əzimzadə arxivinin təsviri” kitabı işıq üzü görüb

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Şəxsi arxivlərin tədqiqi şöbəsinin əməkdaşı Nuranə Salmanovanın müəllifi olduğu “Əzim Əzimzadə arxivinin təsviri” kitabı çapdan çıxıb.

Kitabda Azərbaycanın xalq rəssamı Əzim Əzimzadənin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan şəxsi arxiv materialları: şəxsi sənədləri, haqqında kitab, yazdığı, o cümlədən ona ünvanlanan məktublar, fotoşəkillər və digər müxtəlif məzmunlu sənədlər təsvir edilərək təqdim olunmuşdur. Bununla yanaşı, müəllif kitaba geniş ön söz yazmış, Əzim Əzimzadə arxivinin tərtib prinsiplərini əlavə etmişdir.

Qeyd edək ki, yeni nəşrin elmi redaktoru fil.e.d., dosent Nailə Səmədova, rəyçiləri fil.ü.f.d., dosent Afaq Əliyeva və böyük elmi işçi Pərvanə Teyyubovadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: