Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.06.2016 11:15
  • A-
  • A
  • A+

Respublika Seysmoloji Xidmət Mərkəzində elmi seminar keçirilib

Respublika Seysmoloji Xidmət Mərkəzində elmi seminar keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) elmi seminar keçirilib.

Seminarda professor Adil Əliyevin “Cənubi Xəzərin palçıq vulkanizmi” mövzusunda məruzəsi dinlənilib.

Məruzədə son 20 ildə aparılan elmi işlərin bəzi nəticələri şərh olunub. Qeyd olunub ki, palçıq vulkanlarının yeni morfogenetik təsnifatı verilib. Yeni qırılma strukturları və onların arasında yerləşən mikrobloklar aşkarlanıb. Palçıq vulkanlarının fəaliyyətinin aktivləşməsi və seysmiklik ilə genetik əlaqə aşkara çıxarılıb, (qazhidrogeokimyəvi göstəricilərə görə), palçıq vulkanı brekçiyasının fəsil minerallaşması və vulkan palçığının geokimyəvi xüsusiyyətləri öyrənilib.

Sonra məruzə ətrafında suallar cavablandırılıb.

RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli bildirib ki, professor Adil Əliyev 50 ildən artıqdır ki, palçıq vulkanlarının öyrənilməsi ilə məşğul olur. O, gənc mütəxəssislərin bu sahəyə diqqət yetirməsinin vacibliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: