Sizə müasir alimlərin şərəfinə adlandırılmış güllərə tamaşa etmək qismət olubmu? Kino ulduzları, dünya siyasətçiləri və generalların şərəfinə bəlkə, bəs laboratoriyalarda yorulmadan çalışan elm mücahidlərinin necə? Mən bu cür möcüzəylə ilk dəfə Bakıda qarşılaşdım.
Azərbaycanın Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Tofiq Nağıyevlə keçən görüşümüzün əsas səbəbi gül olmasa da, AMEA Mərkəzi Nəbatat Bağında rast gəldiyimiz dörd müxtəlif sortda becərilən və Azərbaycan alimlərinin adı verilən qızılgüllər bu ölkədə elm xadimlərinə verilən yuksək qiymət və dəyər kimi bizə xoş təəssurat bağışladı.