Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.01.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Ədəbiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib

AMEA Ədəbiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli institutun 80 illik yubileyinin yekunları barədə məlumat verib. Yubiley ərəfəsində işıq üzü görmüş nəşrlərdən söz açan akademik AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən institutun nəşrlərinin nümayiş olunduğu sərginin yüksək səviyyədə təşkil edildiyini xüsusi vurğulayıb.

Akademik İsa Həbibbəyli yubiley mərasiminin institut tarixində əlamətdar hadisə olduğunu bildirərək, ölkə rəhbərliyinin tərəfindən Azərbaycan elminə göstərilən qayğını yüksək dəyərləndirib.

İ.Həbibbəyli yubiley münasibətilə institutun 10 əməkdaşının AMEA Rəyasət Heyətinin, 17 nəfərin isə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Fəxri fərmanları ilə təltif edildiyini bildirib.

Sonra akademik İsa Həbibbəyli gündəlikdə duran digər məsələ - “Azərbaycan ədəbiyyatı tarixi” çoxcildliyinin V,VI və VII cildlərinin hazırlanması barədə görülən işlərlə bağlı məlumat verib, çoxcildliyin elmi ictimaiyyətə mükəmməl şəkildə çatdırılmasının vacibliyini önə çəkib. Akademik nəzərdə tutulmuş materiallar barədə ətraflı məlumat verdikdən sonra geniş müzakirələr aparılıb. Müzakirələrdə akademik İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü Teymur Kərimli, filologiya üzrə elmlər doktorları Qəzənfər Paşayev, İmamverdi Həmidov, Şirindil Alışanlı, Zaman Əsgərli, Vaqif Yusifli, filologiya üzrə fəlsəfə doktoru Esmira Şükürova və başqaları çıxış edərək, kitabla bağlı təkliflərini səsləndiriblər.

Sonra İ.Həbibbəyli tanınmış ədəbiyyatşünas və tərcüməçi, filologiya üzrə elmlər doktoru Ramiz Əsgəri və institutun Elmi informasiya” şöbəsinin müdiri Zakirə Əliyevanı yubileyləri münasinbətilə təbrik edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: