AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda gənc mütəxəssislərin kadr hazırlığını gücləndirmək məqsədilə 10 günlük yay məktəbi layihəsi təşkil olunub.
Layihənin əsas təşəbbüskarları və təşkilatçıları Fransanın Milli Elmi Araşdırmalar Mərkəzinın arxeologiya üzrə professoru Bertil Lionet və institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevdir.
Yay məktəbində antropologiya, paleobotanika ixtisasları və qazıntı metodikaları üzrə ingilis və fransız dillərində seminarlar tədris olunur. Seminarları antropologiya ixtisası üzrə Avrora Lambert, paleobotanika ixtisası üzrə Aleksiya Desai, qazıntı metodikası və arxeoloji tədqiqat üzrə isə professor Bertil Lionet kimi alimlər aparırlar.
Yay məktəbinə institutun magistratura pilləsində və Türkiyədə arxeologiya və antropologiya ixtisası üzrə təhsil alan azərbaycanlı tələbələr də cəlb olunublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.