Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov 18-22 sentyabr 2016-cı il tarixlərində Belarus Respublikasında elmi ezamiyyətdə olub.
O, Belarusun Minsk şəhərində keçirilən MDB üzrə Botanika Bağları Cəmiyyətinin III Qurultayında Azərbaycan Botanika Bağları Cəmiyyətinin sədri kimi iştirak edib. Tədbirdə T.Məmmədov “Azərbaycan Botanika Bağlarının müasir vəziyyəti, perspektivləri və inkişafı” mövzusunda məruzə ilə çıxış edib.
Azərbaycanlı alimin məruzəsi qurultay iştirakçıları tərəfindən maraqla qarşılanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.