Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.10.2016 15:07
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun əməkdaşı “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalına layiq görülüb

Coğrafiya İnstitutunun əməkdaşı “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalına layiq görülüb

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünasıq şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Xəyyam Rəhimov “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunub.

Alim bu mükafata milli-mənəvi dəyərlərimizin qorunmasında səmərəli fəaliyyətinə, cəmiyyətdəki ziyalı mövqeyinə, çoxsaylı elmi-publisistik kitablarına, ölkənin əsas çoxillik bitkilərinin aqroiqlim şəraiti, ehtiyatları, meteoroloji şəraitin məhsulun keyfiyyətinə təsiri sahəsində apardığı uğurlu elmi tədqiqatlarına, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında və ölkədə coğrafiya elminin inkişafı tarixində göstərdiyi xidmətlərinə görə layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: