AMEA-nın Radiasiya Problemləri İnstitutunun əməkdaşı, fizika-riyaziyyat elmlər doktoru Bəxtiyar Nəcəfov Rusiya Təbiətşünaslıq Akademiyasının həqiqi üzvü seçilib.
Oktyabrın 11-də Rusiya Təbiətşünaslıq Akademiyasının ümumi iclasında bu qurumun həqiqi üzvlüyünə seçkilərin nəticələri təsdiqlənib. İclasda gizli səsvermə yolu ilə seçilən beynəlxalq səviyyədə tanınmış 21 alimin adı açıqlanıb. Onların sırasında fizika-riyaziyyat elmlər doktoru Bəxtiyar Nəcəfovun adı da yer alıb.
Qeyd edək ki, B.Nəcəfov detektorlor və günəş elementlərinin hazırlanması ilə məşğul olan tanınmış alimdir. O, 2015-ci ildə Rusiya Təbiətşünaslıq Akademiyasının müxbir üzvü seçilmişdir. Alim, həmçinin həmin qurumun "Elm və təhsil sahəsində əməkdar xadim" fəxri adına layiq görülmüş, bir sıra beynəlxalq təşkilatların diplom və medalları ilə təltif olunmuşdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.