Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.02.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının II Xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının II Xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib

5 fevral 2014-cü il tarixdə AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının II Xüsusi şöbəsində 2014-cü ilin Mülki müdafiə üzrə tədbirlər planına uyğun olaraq növbəti seminar-məşğələsi keçirildi.

 

Seminar-məşğələyə AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki müdafiə qərargah rəisləri cəlb edilmişlər. Məşğələdə “Elmi müəssisə və təşkilatlarda Rəhbər heyətin MM məşqinin keçirilməsi qaydası və metodikası” müzakirə edildi.

Seminar-məşğələni giriş sözü ilə açan şöbənin rəisi Eldar Quliyev gündəlikdə duran məsələlər barədə məlumat verdi. Əsas diqqəti AMEA-nın prezidenti, akademik Akif Əlizadə tərəfindən imzalanmış 21 yanvar 2014-cü il tarixli 9 nömrəli AMEA Rəyasət Heyətinin sərəncamından irəli gələn tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə yönəldilməsini bir daha vurğuladı.

O, məşqlər zamanı aşkar olunmuş nöqsanları qeyd etdi və onların təkrarlanmaması üçün zəruri tədbirlərin həyata keçirilməsinin önəmliliyini diqqətə çatdırdı.

Bundan başqa II Xüsusi şöbənin Rəhbər heyəti tərəfindən təsdiq edilmiş Əsasnamə barədə məlumat verdi. Əsasnamədə qəbul edilən II Xüsusi şöbənin vəzifələri və hüquqları bir daha MM qərargah rəislərinə çatdırıldı.

Daha sonra E.Quliyev “1 mart Beynəlxalq Mülki Müdafiə günü"nün keçirilməsi üçün hazırlıq işlərinin aparılması məsələlərinə də aydınlıq gətirdi.

II Xüsusi şöbənin baş mütəxəssisi Əlimərdan Məhəmmədov obyektlərdə Rəhbər heyətin MM məşqinin keçirilməsi qaydasını və metodikasının öyrənilməsi məsələləri haqqında geniş izahat verdi. Elmi müəssisə və təşkilatlarda bir çox problemin mövcud olduğunu qeyd etdi, təklif və tövsiyələrini verdi.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: