AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. Tədbirdə gündəlikdə duran məsələlər müzakirə edilib, təklif və tövsiyələr səsləndirilib.
İclasda f-r.e.d.Varqa Kələntərova professor elmi adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib. Bundan başqa, elmər doktoru üzrə 4 nəfər, fəlsəfə doktoru üzrə isə 8 nəfər dissertanturaya qəbul edilib.
“Azərbaycan” qəzetində 25 yanvar tarixində dərc edilmiş elana əsasən Elmi Şura üzvləri institutun direktoru vəzifəsinə namizədlərini irəli sürüblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.