Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Dünyaya bənzəyən planetin ətrafında atmosfer tapılıb
10.04.2017 09:04
  • A-
  • A
  • A+

Dünyaya bənzəyən planetin ətrafında atmosfer tapılıb

Alimlər ilk dəfə Yer planetinə bənzəyən planetin ətrafında atmosferə rast gəldiklərini açıqlayıblar.

İngiltərənin Keele Universitetinin professoru Con Sautvort bildirib ki, planet 2015-ci ildə kəşf edilib. “GJ 1132b” adı verilən planet su, metan və ya ikisinin qarışığından ibarət olan qalın bir qaz təbəqəsi ilə əhatə olunub. Bunun üçün Çilidə yerləşən rəsədxananın teleskopundan istifadə etdiklərini bildirən alim planetin atmosferinin böyük ehtimalla isti buxardan meydana gəldiyini vurğulayıb.

Dünyadan 39 işıq ili uzaqlıqda yerləşən bu planet Yer kürəsindən 1,4 dəfə böyükdür. İstiliyi təxminən 370 dərəcə olan planet yaşamağa uyğun deyil.

www.mk.ru

  • Paylaş: