AMEA Folklor İnstitutunun “İrs” folklor ansamblının repertuarından ibarət disklər toplusu buraxılıb. Ansamblın repertuarına muğam, təsnif, aşıq havaları, xalq və bəstəkar mahnıları daxildir.
Disklər toplusunun tərtibçiləri institutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov və fil.ü.f.d. Elçin Abbasov, səs rejissoru isə Mahir İbrahimovdur.
Qeyd edək ki, “İrs” folkor ansamblı 1976-cı ildə folklor tədqiqatçısı, musiqişünas Sidqi Mustafayev və mərhum bəstəkar Rəşid Nəsiboğlu tərəfindən yaradılıb. 1981-ci ildə respublikanın mədəniyyət, incəsənət və elm xadimlərinin iştirakı ilə keçirilən baxışda ansamblın gördüyü işlər yüksək qiymətləndirilib və ansambla dövlət statusu verilib. 2002-ci ildən AMEA Folklor İnstitutunun nəzdində fəaliyyət göstərən ansambla respublikanın Əməkdar artisti Nuriyyə Hüseynova rəhbərlik edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.