Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.04.2017 09:13
  • A-
  • A
  • A+

Humanitar Elmlər Bölməsindən həqiqi üzvlüyə 5, müxbir üzvlüyə 31 namizəd qeydə alınıb

Humanitar Elmlər Bölməsindən həqiqi üzvlüyə 5, müxbir üzvlüyə 31 namizəd qeydə alınıb

Aprelin 13-də AMEA Humanitar Elmlər Bölməsinin (HEB) ümumi iclası keçirilib.

Tədbirdə bölmənin AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilər üzrə Ekspert komissiyasının sədri, akademik Kamal Abdullayev, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, bölmə üzvləri, elmi müəssisələrin rəhbərləri və namizədliyi qeydə alınmış alimlər iştirak ediblər.

Tədbirdə HEB-in akademik-katibi, akademik Teymur Kərimli iclasın bölmə üzrə AMEA-nın həqiqi və müxbir üzvlüyünə namizədliyi qeydə alınmış alimlərin elmi fəaliyyətlərinin müzakirəsinə həsr olunduğunu bildirib. Qeyd edib ki, bölmə üzrə "Ədəbiyyatşünaslıq" ixtisası üzrə həqiqi və müxbir üzvlüyə 2, "Sənətşünaslıq" ixtisası üzrə həqiqi və müxbir üzvlüyə 2, "Dilçilik" ixtisası üzrə müxbir üzvlüyə 1, "Folklorşünaslıq" ixtisası üzrə isə həqiqi üzvlüyə 1 vakant yer nəzərdə tutulub. Akademik-katib ümumilikdə həqiqi üzvlüyə 5, müxbir üzvlüyə isə 31 namizədin qeydə alındığını nəzərə çatdırıb.

İclasda çıxış edən akademik Kamal Abdullayev tədbirin məqsədinin namizədliyi qeydə alınmış alimlərin elmi fəaliyyətləri ilə yaxından tanışlıq olduğunu bildirib, seçkidə iştirak edəcək hər kəsə uğurlar arzulayıb.

Sonra namizədlər fəaliyyətləri, əldə etdikləri nailiyyətlər, Azərbaycan elminə verdikləri töhfələr barədə ətraflı məlumat veriblər. Təqdimatlar ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: