AMEA Rəyasət Heyətinin bu gün keçirilmiş iclasında AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsi (HİEB) və Naxçıvan Bölməsinin elmi müəssisələrində fəlsəfə doktoru hazırlığı üzrə doktorantların əyani (3 il) və qiyabi (4 il) təhsil üzrə qəbulu və onların dissertasiya mövzularının təsdiqi məsələsi müzakirə olundu.
Qeyd edək ki, Humanitar və İctimai Elmlər Bölməsinin elmi müəssisə və təşkilatlarına 81 yer, Naxçıvan Bölməsinə 5 qiyabi yer ayrılıb.
Ümumilikdə isə AMEA-nın elmi müəssisə və təşkilatlarına fəlsəfə doktoru hazırlığı üzrə 2013-cü il üçün 205 yer (o cümlədən 126 əyani, 79 qiyabi) müəyyən olunub.
Tədbirdə doktorantların dissertasiya mövzuları müzakirə edildi, müvafiq qərarlar qəbul olundu. AMEA-nın akademik-katibi və müxbir üzvü, professor Rasim Əliquliyev dissertasiya mövzularının bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edən aktual problemlərə həsr olunmasının vacibliyini vurğulayaraq AMEA Rəyasət Heyətinin nəzdində hər bir elm sahəsindən alimlərin təmsil olunacağı Multidisiplinar Problem Şurasının yaradılmasını təklif etdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.