Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.04.2017 17:01
  • A-
  • A
  • A+

İctimai Elmlər Bölməsinin növbəti büro iclası keçirildi

İctimai Elmlər Bölməsinin növbəti büro iclası keçirildi

Aprelin 21-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində İctimai Elmlər Bölməsinin növbəti büro iclası keçirildi.

Tədbiri giriş sözü ilə bölmənin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırdı.

Sonra Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru Füzuli Qurbanov “Fənlərarası metodoloji yanaşma təşəkkül mərhələsində” mövzusunda məruzəsini təqdim etdi. O, öncə ümumi prinsiplərdən söz açaraq fənlərarası metodoloji yanaşmaya postqeyri-klassik rasionallıq çərçivəsində baxıldığını dedi. İstənilən tədqiqat obyekti açıq və qeyri-xətti sistemdir. Həmin sistem xaosla nizamlılığın sərhədində balanslaşır. Proseslər spontan baş verir.

Nəzəri yanaşmalardan danışan alimin sözlərinə görə, buraya sinergetikanın mürəkkəblik paradiqması, qeyri-səlis məntiq nəzəriyyəsi və sintez: qeyri-səlis sinergetik yanaşmalar aiddir. O, həmçinin metodoloji prinsiplər, elmi-kateqorial aparat-linqvistik sahə haqqında məlumat verdi.

F.Qurbanov nəticə olaraq qeyd etdi ki, fənlərarası yanaşmada rekursivliyin fraktallığın zaman-məkan aspektində mövcudluğu, prosessuallığın “indi-yeni” müstəvisində daimi dəyişmələri ifadə etməsi əsas punktlardandır.

Sonra İqtisadiyyat İnstitutunun baş elmi işçisi, iqtisad üzrə elmlər doktoru Təbriz Əliyev 70 illik yubileyi münasibətilə bölmənin Fəxri Fərmanı ilə təltif edildi. İclas iştirakçıları alimi təbrik edərək ona gələcək fəaliyyətində nailiyyətlər arzuladılar.

Tədbirdə, həmçinin AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi şurasının tərkibində dəyişiklik edilməsi, Fəlsəfə İnstitutu, Hüquq və İnsan Haqları İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin yeni elmi şurasının tərkibinin təsdiq edilməsi məsələləri müzakirə olundu, bir sıra kadr məsələlərinə baxıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: