Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Smartfon vasitəsiylə qanda şəkərin səviyyəsinə nəzarət etmək mümkün olacaq
01.05.2017 12:12
  • A-
  • A
  • A+

Smartfon vasitəsiylə qanda şəkərin səviyyəsinə nəzarət etmək mümkün olacaq

Beynəlxalq alimlər qrupu müəyyən dalğaların köməyi ilə qanda şəkərin səviyyəsini tənzimləyə biləcək texnologiya işləyib hazırlayıblar. 

www.aif.ru saytı xəbər verir ki, orqanizmə implantə olunmuş hüceyrələr dalğaların təsiri altında qanda şəkərin səviyyəsini normallaşdırmaq üçün gərəkli hormonların yaranmasına kömək edən maddə ifraz edir. Smartfonda quraşdırılmış proqramın köməyi ilə isə alimlər dalğanın intensivliyinə və müddətinə nəzarət edə bilirlər. Nəticədə hüceyrələrin hansı miqdarda maddə ifraz etdiyi bəlli olur. 

Alimlərin fikrincə, bu kəşf diabetə qalib gələcək hüceyrələrin transplantasiyası texnologiyasının yaranmasına təkan verəcək.

  • Paylaş: