Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.05.2017 16:42
  • A-
  • A
  • A+

AMEA-da magistratura və doktorantura pilləsində təhsillə bağlı bir sıra cari məsələlər müzakirə olunub

AMEA-da magistratura və doktorantura pilləsində təhsillə bağlı bir sıra cari məsələlər müzakirə olunub

AMEA-nın Əsas binasında Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin təşkilatçılığı ilə Akademiyanın doktorantura  və magistratura təhsili ilə bağlı bir sıra cari məsələlər müzakirə olunub.

İclasda AMEA-nın elmi müəssisə və təşkilatlarının Təhsil şöbələrinin rəhbərləri iştirak ediblər.

Tədbirdə Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək son illərdə elmlə təhsilin inteqrasiyasını təmin etmək, elmi kadr potensialının inkişafını sürətləndirmək və gənclərin elmə marağını artırmaq məqsədilə Akademiyada geniş islahatlar aparıldığını bildirib. Qeyd edib ki, aparılan islahatlar çərçivəsində yaradılan Təhsil şöbələrinin rəhbərləri AMEA-nın, eləcə də Azərbaycan Respublikasının təhsillə bağlı müvafiq qanunvericilik aktlarını mükəmməl bilməli və mübahisəli məsələlərdə bu sənədlərə istinad etməlidirlər.

2017/2018-ci tədris ili üçün AMEA-nın institutlarında magistraturaya aparılacaq qəbul prosesi ilə bağlı Müsahibə Komissiyalarını diqqətli olmağa çağıran Ə.Sadıqov sənəd verənlərin çoxsaylı suallarının olduğunu nəzərə alaraq, “Qaynar xətt” xidmətinin təşkil ediləcəyini diqqətə çatdırıb.

Tədbirdə Təhsil şöbələrinin rəhbərlərinə təmsil etdikləri qurumun saytında qəbulu aparılacaq magistratura ixtisasları ilə bağlı məlumatların yerləşdirilməsi barədə də tapşırıq verilib.

Sonra Elm və Təhsil İdarəsinin Doktorantura şöbəsinin rəisi, kimya üzrə fəlsəfə doktoru Ömər Gülalov doktorant və dissertantların minimum imtahanlarının təşkili ilə bağlı çıxış edərək, imtahanların 22 may tarixindən etibarən keçiriləcəyini bildirib.

Daha sonra Elm və Təhsil İdarəsinin Magistratura şöbəsinin rəisi, texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov çıxış edərək magistrantların Tədris planı ilə bağlı tövsiyələrini diqqətə çatdırıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: