Sentyabrın 23-dən 28-dək Rusiyanın İrkutsk şəhərində “İçməli su XXI əsrdə” adlı beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
Beynəlxalq konfransda AMEA Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd Salmanov “Cənubi Qafqazın əsas çayı olan Kürün sanitar mikrobioloji xarakteristikası” mövzusunda məruzə ilə çıxış edəcəkdir.
Məruzədə su ehtiyatlarından səmərəli istifadə, çirklənmələrə qarşısı mübarizə yolları, təmizləmə texnologiyasının yaradılması imkanları və su ehtiyatlarından texniki məqsədlər üçün istifadəsinin mənfi nəticələrindən bəhs olunacaqdır.
Konfrans müddətində şirin su ehtiyatının ən çox toplandığı Baykal gölünə səyahət də nəzərdə tutulur.
Məlumatı AMEA Rəyasət Heyəti Mərkəzi Aparatı İctimaiyyətlə əlaqələr şöbəsi yaymışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.