Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.07.2017 09:15
  • A-
  • A
  • A+

Filologiya Problemləri üzrə Elmi Şuranın növbəti iclası keçirilib

Filologiya Problemləri üzrə Elmi Şuranın növbəti iclası keçirilib

Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Filologiya Problemləri üzrə Elmi Şurasının növbəti iclası keçirilib.

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun sədrliyi ilə keçirilən iclasda 9-u elmlər doktorluğu, 36-sı fəlsəfə doktorluğu hazırlığı üzrə sənəd tədqim etmiş 45 nəfərin mövzusu müzakirə edilib.

Ümumilikdə, iclasda 12-sinin adında dəyişiklik edilməklə 31 mövzu təsdiq olunub.

Müzakirələrdə akademik Rafael Hüseynovla yanaşı, filologiya üzrə elmlər doktorları, professorlar - Atamoğlan Həsənov, Aida Qasımova, Azadə Musayeva, Bilal İsmayılov, Cəlil Nağıyev, Əsgər Rəsulov, Bədirxan Əhmədov, Bilal İsmayilov, Fəxrəddin Veysəlli, İmamverdi Həmidov, Qulu Məhərrəmli, Məmməd Qocayev, Nadir Məmmədli, Seyfəddin Rzasoy, Şəfəq Əlibəyli, Şirindil Alışanov çıxış edərək fikir və təkliflərini bildiriblər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: