Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı 1 avqust 2017-ci il tarixində işıq üzü görüb.
Qəzetdə “Mühüm əməkdaşlıq platforması”, AMEA Nizamnaməsində dəyişikliklər, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan Bəy Fanani ilə görüşü, AMEA Yüksək Texnologiyalar Parkının Ekspertlər Şurasının iclası, Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyası, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirakı, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi ilə bir qrup alimin Xızı Dayaq Məntəqəsindəki mövcud vəziyyət ilə tanışlıq haqqında materiallar işıqlandırılıb.
Yeni sayda, həmçinin “Misirli qonaq Tarix İnstitutunda”, “Qədim mədəniyyətlərin qovuşduğu diyar“, “Bağa baxarsan, bağ olar...”, “Torpaq ovuclayan qızıl ovuclar”, “Gənc tədqiqatçının ilk kitabına qeydlər” adlı məqalələr və digər məlumatlarla tanış olmaq olar.
Bundan əlavə, «От традиционной до альтернативной энергии», «В центре внимания – центр Низами», «Креатив, объективность, честность», «Платформа для сотрудничества», «Молодежь перед выбором», «В Институте истории », «Я встретил девушку…», «Начальная точка цивилизации», «Церковный служитель возглавил научный центр» və s. kimi məqalələr yer alıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.