Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin toplantısı keçirilib
22.09.2017 14:51
  • A-
  • A
  • A+

Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin toplantısı keçirilib

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Geologiya və Geofizika İnstitutunda baş tutan tədbirdə əvvəlcə bu elmi müəssisəyə qəbul olan I kurs magistrlər şura üzvlərinə təqdim olunub.

Tədbirdə GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov çıxış edərək Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın önəmindən danışıb. Qeyd edib ki, Dövlət Proqramının əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etməkdir.

F.Salmanov Gənclər və İdman Nazirliyi qarşısında qaldırdıqları təkliflərin sözügedən sənəddə əksini tapdığını, Dövlət Proqramının yerinə yetirilməsində AMEA və Azərbaycan Respublikası Prezidentinin yanında Elmin İnkişafı Fondunun yaxından iştirak edəcəyəni diqqətə çatdırıb.

Şura sədri, həmçinin bu ilin dekabr ayında Azərbaycanın gənc alimlərinin I Qurultayının keçirilməsinin nəzərdə tutulduğunu söyləyib.

Sonda Akademiyanın bəzi institutlarında Gənc Alim və Mütəxəsslər Şurasına yeni seçilən sədrlər İdarə Heyətinə təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: