Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Avropa İttifaqı – Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində görüş keçirilmişdir
18.10.2013 00:00
  • A-
  • A
  • A+

Avropa İttifaqı – Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində görüş keçirilmişdir

AMEA Beynəlxalq Əlaqələr İdarəsinin Xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsinin müdiri Bunyamin Seyidov oktyabrın 17-də Avropa İttifaqı (Aİ) – Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində AR Təhsil Nazirliyində keçirilən görüşdə iştirak etmişdir. Görüşün keçirilməsində məqsəd məşğulluq və sosial məsələlər, ictimai səhiyyə, təlim, təhsil və gənclər, mədəniyyət, informasiya cəmiyyəti və audiovizual siyasət, elm və texnologiya məsələləri üzrə Alt-komitənin ikincisi iclasına hazırlıq idi.

 

Görüşdə müvafiq dövlət qurumlarının iştirakı ilə fikir mübadilələri aparılmış, Aİ ilə Azərbaycan arasında sözügedən sahələrdə mövcud əməkdaşlıq məsələləri və gələcəkdə nəzərdə tutulan prioritet istiqamətlər müzakirə edilmişdir.

 

Məlumatı AMEA Rəyasət Heyəti Mərkəzi Aparatı İctimaiyyətlə əlaqələr şöbəsi yaymışdır.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: