Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Müasir şərqşünaslığın aktual problemləri” (Ziya Bünyadov qiraətləri) mövzusunda beynəlxalq konfrans keçiriləcək
12.10.2017 15:53
  • A-
  • A
  • A+

“Müasir şərqşünaslığın aktual problemləri” (Ziya Bünyadov qiraətləri) mövzusunda beynəlxalq konfrans keçiriləcək

16 oktyabr 2017-ci il tarixində saat 11:00-da AMEA-nın Rəyasət Heyəti, akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə “Müasir şərqşünaslığın aktual problemləri” (Ziya Bünyadov qiraətləri) mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Azərbaycanın görkəmli tarixçisi və şərqşünas alimi, tanınmış ictimai xadim, Dövlət mükafatı laureatı, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun xatirəsinə həsr olunan tədbir saat 10:00-da Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Ziya Bünyadovun məzarlarını ziyarətlə başlayacaq.

Konfrans iki gün davam edəcək.

Ünvan: Bakı şəh., H.Cavid prospekti 115, AMEA-nın Əsas binası, Dairəvi zal.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: