Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

25.10.2017 17:18
  • A-
  • A
  • A+

Çexiyalı alimlər AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidentlərinin fəaliyyəti barədə məlumatlandırılıblar

Çexiyalı alimlər AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidentlərinin fəaliyyəti barədə məlumatlandırılıblar

Çexiyanın Eksperimental və Tətbiqi Fizika İnstitutunun keçmiş direktoru Stanislav Pospişilin rəhbərlik etdiyi nümayəndə heyəti AMEA-nın Yüksək Texnologiyalar Parkında (AMEA YTP) olub. 

YTP-nın direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev qonaqlara ölkəmizdə yüksək texnologiyalar və innovasiya sahəsində görülən işlər barədə məlumat verib. Bildirib ki, yüksək texnologiyalara əsaslanan iqtisadiyyat ölkə siyasətinin əsas istiqamətlərindən biridir. 

AMEA YTP-nin fəaliyyətindən söz açan V.Babayev hazırda 6 rezidenti olan texnoparkın əsas hədəfinin elmtutumlu iqtisadiyyatın inkişaf etdirilməsi məqsədilə geniş layihələr həyata keçirmək olduğunu bildirib. 

S.Pospişil isə öz çıxışında AMEA ilə mövcud əlaqələrdən danışaraq,  Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlığın qurulmasının zəruriliyini qeyd edib. 

Daha sonra AMEA YTP-nin əməkdaşı texnoparkın fəaliyyətini əks etdirən təqdimatla çıxış edib. 

Texnoparkın ərazisi ilə tanış olan qonaqlara burada yaradılan şərait, potensial rezidentlərin fəaliyyəti barədə ətraflı məlumat verilib. AMEA-nın Təcrübə-Sənaye Zavodu və "Millers-Oils Azərbaycan" MMC-nin yağ istehsal sahələrinə baxış keçirilib.

Nümayəndə heyəti AMEA YTP-nin mərkəzləşdirilmiş analitik laboratoriyası, Elm və Texnologiya Parkının istehsal etdiyi pilotsuz uçan aparatların istehsal sahələri və radio ekoloji monitorinq sistemi ilə də tanış olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: