Kürdəmir şəhər 1 saylı orta məktəbin şagirdləri AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsinə ekskursiya ediblər. Məqsəd şagirdləri muzeyin ekspozisiyaları ilə tanış etmək, klassik və müasir Azərbaycan ədəbiyyatını gənc nəslə sevdirmək, layiqincə tədris və təbliğ etmək olub.
Filialın müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı məktəblilərə bu mədəniyyət ocağının tarixi və fəaliyyət istiqamətləri barədə məlumat verilib.
Şagirdlər daha sonra muzeyin şöbələrində Kitabi-Dədə Qorqud eposu, XI-XII əsrlərdə ərəbdilli Azərbaycan ədəbiyyatını zənginləşdirən bədii örnəklər, Şirvanşahlar və Atabəylər hakimiyyəti dövründən bu günə qədər ədəbiyyatımızın keçdiyi yolla tanış olublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.