Misir Neft Tədqiqatları İnstitutunun direktoru, professor Əhməd Məhəmməd Əl-Sabahın rəhbərlik etdiyi nümayəndə heyəti AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) olublar.
Noyabrın 14-dək davam edəcək səfərdə məqsəd iki institut arasında birgə əməkdaşlıq memorandumunun imzalanmasıdır.
İnstitutun direktoru, akademik Vaqif Abbasovla görüşdə qonaqlara müəssisənin tarixi, aparılan elmi-tədqiqat işləri, sintez olunmuş reagentlər haqqında məlumat verilib, birgə əməkdaşlıq perspektivləri barəsində geniş fikir mübadiləsi aparılıb.
Sonra professor Ə.Məhəmməd çıxış edərək Misir Neft Tədqiqatları İnstitutunda aparılan elmi-tədqiqat işləri barədə danışıb.
Sonda misirli alimlər Yusif Məmmədəliyev Memorial Muzeyi ilə tanış olublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.