Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

04.12.2017 09:49
  • A-
  • A
  • A+

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional şöbəsində İmadəddin Nəsimiyə həsr olunan açıq dərs keçirilib

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional şöbəsində İmadəddin Nəsimiyə həsr olunan açıq dərs keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsində Kürdəmir şəhər 2 saylı orta məktəbin şagirdləri üçün açıq dərs keçirilib.

Tədbirdə muzeyin Aran regional şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı çıxış edərək açıq dərsin anadilli fəlsəfi şeirimizin əsasını qoyanlardan biri olan İmadəddin Nəsimiyə həsr olunduğunu bildirib. Görkəmli Azərbaycan şairi və mütəfəkkiri İ.Nəsiminin dünya ədəbiyyatı və fəlsəfi fikrində oynadığı roldan bəhs edən Y.Bahadurqızı bildirib ki, şair 20 min misranı əhatə edən ədəbi irsinin əsas hissəsini ana dilində qələmə alıb. O, öz yaradıcılığında Azərbaycan xalqının arzu və istəklərini, ümumbəşəri dəyərləri, insanın fövqəlbəşəri varlıq olmasını tərənnüm edib.

Qeyd olunub ki, İ.Nəsiminin adı Azərbaycanda əbədiləşdirilib, elm və təhsil ocaqlarına, rayon, küçə, meydanlara onun adı verilib, abidəsi ucaldılıb. 

Daha sonra Kürdəmir şəhər 2 saylı orta məktəbin ədəbiyyat müəllimi Firəngiz Kərimova çıxış edərək Nəsimi poeziyasının Azərbaycan poetik dilinin inkişafına göstərdiyi böyük təsir barədə danışıb.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: