Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

20.12.2017 15:06
  • A-
  • A
  • A+

Akademik Əhliman Əmiraslanov: Məqsəd tibb sahəsində elmi tədqiqatların dərinləşdirilməsinə nail olmaqdır

Akademik Əhliman Əmiraslanov: Məqsəd tibb sahəsində elmi tədqiqatların dərinləşdirilməsinə nail olmaqdır

AMEA və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyası “İnsan sağlamlığı Azərbaycan cəmiyyətinin əsasıdır” mövzusunda birgə elmi sessiya keçirəcək. Məqsəd tibb və praktiki səhiyyə sahəsində elmi tədqiqatların, xüsusilə kök hüceyrələrlə bağlı fəaliyyətlərin dərinləşdirilməsinə və tibb elmi ilə təhsilin inteqrasiyasının gücləndirilməsi və daha yaxşı koordinasiyasına nail olmaqdır.

AMEA Rəyasət Heyətinin növbəti iclasında məsələ ilə bağlı çıxış edən Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov son illər Azər­baycanda tibb elminin ciddi inkişaf dövrü keçdiyini deyib. Bu inkişafın AMEA və Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat müəssisələrində yeni metod və avadanlıqlarla ən müasir istiqamətlər üzrə aparılan araşdırmalarda və əldə olunan nəticələrin kliniki praktikaya tətbiqində özünü göstərdiyini bildirib. Akademik qeyd edib ki, elmi tədqiqatlarda müasirlik, multi­dissip­linarlıq, çoxmərkəzlilik və beynəlxalq əlaqəlilik prinsipləri xüsusilə böyük aktuallıq kəsb edir.

Müzakirədən sonra AMEA Rəyasət Heyəti birgə sessiyanı 2018-ci ilin fevral ayında keçirmək və bununla bağlı tədbirlər planını hazırlamaq barədə qərar verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: