Hüseyn Cavid yaradıcılığı ABŞ-ın Amherst Massaçusets Universitetində tədqiq olunur. Universitetinin professoru Audrey L.Altstadt H.Cavid yaradıcılığının tədqiqi ilə uzun müddətdir ki məşğul olur. Onun beynəlxalq “Journal of Language and Literature”-nin (Dil və Ədəbiyyat jurnalı) 2014-cü ilin fevralında çapdan çıxmış 5-ci cildinin 1-ci sayında “Hüseyn Cavid və Azərbaycan Yazıçılar Birliyi” adlı məqaləsi də çap olunub.
Qeyd edək ki, Audrey L.Altstadt H.Cavidin 130 illik yubileyi münasibətilə 2012-ci ildə AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən keçirilən “Hüseyn Cavid yaradıcılığı çağdaş təfəkkür işığında” adlı beynəlxalq elmi konfransda Azərbaycan dilində məruzə ilə çıxış edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.