Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.03.2018 16:01
  • A-
  • A
  • A+

Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı Qafqazşünaslıq İnstitutunda "dəyirmi masa" keçirilib

Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı Qafqazşünaslıq İnstitutunda "dəyirmi masa" keçirilib

AMEA-nın Qafqazşünaslıq İnstitutunda erməni daşnakları tərəfindən azərbaycanlılara qarşı törədilmiş 31 mart soyqırımının 100 illiyinə həsr olunan "dəyirmi masa" keçirilib.

Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı çıxış edərək Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 18 yanvar 2018-ci il tarixli Sərəncam imzaladığını xatırladıb. Alim 1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımının tarixindən bəhs edərək, bu soyqırımının Azərbaycan xalqının məruz qaldığı qanlı faciələr sırasında özünün ağır və dəhşətli nəticələri ilə seçildiyini bildirib. 

M.Qasımlı azərbaycanlılara qarşı törədilmiş soyqırımına ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə əsl hüquqi-siyasi qiymətin verildiyini diqqətə çatdırıb.

Daha sonra institutun Ermənişünaslıq şöbəsinin müdiri, t.ü.e.d. Qasım Hacıyev, həmin şöbənin əməkdaşı Aydın Eyvazov, Gürcüstanşünaslıq şöbəsinin müdiri, f.ü.f.d. Vahid Ömərov, həmin şöbənin aparıcı elmi işçisi, t.ü.f.d. Elnur Kəlbizadə və digərləri çıxış edərək ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdikləri soyqırımlardan, eləcə də  bu təcavüz siyasətinin tərkib hissəsi kimi işğal olunmuş ərazilərimizdə maddi-mədəniyyət abidələrimizin dağıdılması, talan edilməsi, mənimsənilməsindən danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: