AMEA-nın Mikrobiologiya İnstitutunda çalışan gənc alim və mütəxəssislər arasında “Cümhuriyyətin 100 illik yubileyi tədbirləri çərçivəsində” adlı müsabiqə keçirilib.
Məqsəd Cümhuriyyət tarixini və fəaliyyətini mükəmməl mənimsətmək, gənclər arasında maariflənmə işini gücləndirmək, alimləri bu mövzuda yeni araşdırmalara cəlb etməkdir.
Tədbiri institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov açaraq müsabiqənin ölkə başçısının "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi"nin keçirilməsi haqqında imzaladığı Sərəncam çərçivəsində təşkil edildiyini bildirib.
Daha sonra müsabiqənin qalibləri olan gənc alim və mütəxəssislərin mükafatlandırılması mərasimi keçirilib.
Birinci yerə institutun doktorantı Aytən Səfərova, ikinci yerə isə müəssisənin doktorantları – Əfsanə Hüseynova və Tünzalə Abbasova layiq görülüblər.
Qaliblər diplom və pul mükafatı ilə təltif olunublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.